Sual:
Mən, bir tələbəyəm
və (hər gün) atamdan cibxərcliyi alıram. Bu xərcliyimin bir qismi ilə bir məscid
inşasına ortaq olmaq istədim. Bunun savabı atamınmı, yoxsa mənimmi olur? Çünki
malın sahibi atamdır.
Cavab:
Həmd yalnız
Allaha məxsusdur. Nəfəqə və ehtiyacınız üçün atanızın sizə verdiyi maldan sədəqə
etsəniz, Allah Təalanın lütf və ehsanı ilə bu sədəqə əcrinin hamısının sizin
olması, bu malı qazanan və sizə xərcləyən atanıza da sizin savabınız kimi əcr
verməsini ümid edirik.
Necə ki, Aişədən
-Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Peyğəmbər -sallallahu əleyhi
və səlləm- bu mövzuda belə buyurmuşdur: "Bir qadın, ərinin evindən israf
etmədən və ərinə zərər vermədən yedirərsə, ona (yedirməsinin / sədəqəsinin)
savabı, ərinə də onun bir bənzəri (qazanmasının) savabı verilər (etdiyi sədəqə
səbəbiylə əcri özünün, malı qazanması səbəbiylə bir o qədəri də ərinin olar). Xəzinədara
da o qədər savab verilər. Onlardan heç biri digərinin savabından bir şey əskiltməz
(ər bu savabı, o şeyi qazandığı üçün, qadın da xeyrdə xərclədiyi üçün haqq
etmişdir). "
[Buxari (1440); Müslim (1024)]
Bəzi rəvayətlərdə:
"sədəqə etsə ..." bəzilərində də: "Pay versə ..." şəklində
gəlmişdir.
Buna görə bu infaq
bu şərtlər daxilindədir:
1. Bu xərcləmə, Həqiqi
mal sahibinin malını ifsad etməyə istiqamətli olmamalıdır. Məsələn, övladın ya
xanımın, malı infaq edən atanın və ya ərin malına zərər verməsi kimi.
2. Adətin üzərində nəfəqə verməyə məcbur olunmamasıdır. Əgər normadan
çox nəfəqə verməyə məcbur edilmişsə, mal sahibinin icazəsinin alınması
lazımdır.
[İbni Həcər, Fəthul-Bari, (c: 23, səh:
303)]
Şeyx Muhəmməd Saleh əl-Munəccid
Hiç yorum yok:
Yorum Gönder