1 Ocak 2017 Pazar

Günahsız Müsəlman Qadınlara Böhtan Atmaq!

Allahu Təala belə buyurur:
"Namuslu və azad qadınlara (zina) iftirası atan sonra dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun. Onların şahidliyini əbədi olaraq qəbul etməyin. Onlar fasiqlərdir." {Nur 4}

"Namuslu və günahdan xəbərsiz (günahsız) mömin qadınlara iftira atanlar dünya və axirətdə lənətə düçar olarlar. Onlar üçün böyük bir əzab vardır." {Nur 23}

Rəsulullah sallallahu əleyhi və səlləm: "Həlak edici yeddi günahdan çəkinin ....." hədisində heç bir şeydən xəbəri olmayan mömin qadınlara iftira atmağı da zikr etmişdir.

"Müslaman əlindən dilindan başqalarının salamat qaldığı kimsədir." [Buxari, Müslim, Əbu Davud, Nəsai]

"İnsanların cəhənnəmdə üzüstə sürünmələrinə səbəb olan şey onların dillərinin söylədiklərindən başqa bir şey deyil." [Tirmizi rəvayət etdi və həsən səhih dedi]

Allahu Təala belə buyurur:
"İnanan kişi və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, böhtan atmış və açıq-aşkar günah işləmiş olarlar." {Əhzab 58}

Rasullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Cariyəsini və ya nökərini zinada ittiham edənin söylədiyi doğru deyilsə, qiyamət günündə cəzalandırılar." [Buxari, Müslim]


   Möminlərin anası Aişə radiyallahu anha haqqında göydən onun təmiz, iffətli olduğuna dair ayə nazil olduqdan sonra ona böhtan atan adam, Quranı yalan hesab etmiş və bu səbəbdən kafir olmuşdur. Belə olan adam öldürülər.

Hiç yorum yok: