5 Ocak 2017 Perşembe

HARAM EŞQ HEKAYƏSİ VƏ NƏTİCƏSİ!

əl-Həraiti rəvayət edir; Əbu Miskin rəvayət edir:

"Təmim oğullarından bir gəncin dəvəsi itmişdi. Şeyban oğullarının torpaqlarında axtarmağa getdi. Orada günəş kimi gözəl və cazibədar bir qız gördü və ona vurulub aşiq oldu. Ailəsinin yanına qayıtdı, lakin ağılı yerində deyildi. Dözə bilmədi və təkrar qızın qəbiləsinə döndü. Gecə olunca, "Bəlkə onu görsəm sakitləşərəm" dedi. Onun yanına getdi, qız oturmuş, qardaşları isə ətrafında yatmışdılar. Ona: "Gözümün nuru, vallahi eşq ağılımı başımdan aldı, həyatım zindan olmuş vəziyyətdədir" deyincə (qız ona): "Tez get burdan və evinə qayıt! Yoxsa qardaşlarımı oyandıraram səni öldürərlər." qarşılığını verdi.  Gənc: "Ölüm mənim üçün içində olduğum vəziyyətdən daha asandır" deyincə qız: "Ölümdən daha çətin bir şey ola bilərmi?" deyə cavab verdi. Gənc: "Bəli, mənim sənin eşqindən düşdüyüm vəziyyət daha çətindir" deyincə qız: "Nə istəyirsən?" deyə soruşdu. Gənc: "Əllərini ver, qəlbimin üzərinə qoyum, ondan sonra Allah şahidim olsun gedəcəyəm."

   (Qız onun istədiyini) etdi, o da getdi. O biri gün olunca təkrar qayıtdı, qızı eyni şəkildə tapdı. (Qız) daha əvvəl söylədiklərini söylədi. Bu dəfə gənc: "İcazə ver dodaqlarını öpüm və gedim" dedi. Bunu da edincə qəlbinə atəş kimi (eşq) düşdü. Hər gecə onunla görüşməyə başladı. Qızın ailəsi və qardaşları ondan şüphələndilər. Dedilər ki: "Bu itə nə olub ki, atıyla gözləyib bizi izləyir?"
 
   Nəhayət o gecə gəlməsini gözlədilər. Qız ona, "Ailəm səni gözləyir, diqqətli ol, səhv etmə!" deyə xəbər göndərdi. O gecə yağış yağdı, gözləmələri bir işə yaramadı. Sonra buludlar itdi və ay çıxdı. Qız bəzəndi, saçlarını açdı, gözəlliyi xoşuna getdi və gəncin onu bu halda görməsini istədi. Sirrini bilən bir yoldaşına "Mənə kömək et, onun (gəncin) yanına gedək" dedi. Onu görməyə (qarşılamağa) çıxdılar. Gənc isə qızın xəbərdarlığı üzərinə, onu axtaranlardan qorxduğu üçün atının üstündə gəzirdi. Ay işığında gəzən iki nəfər gördü. Özünü axtaran kəslər olduqlarından əmin olaraq, bir ox çıxarıb (səhvən) sevgilisinin ürəyinə hədəfi çaşmadan isabət etdirdi. Qız qıpqırmızı qanlar içində üzüstə yerə yıxıldı. İztirab çəkə-çəkə öldü. Dəhşət içində ona baxa-baxa qaldı gənc. Sonra belə dedi:

  "Etdiyinə bayquş ötər, qədərə qarşı qoyulmaz.
   Ağla ki, qatili sənsən, ya səbr et və ya intihar et. "

   Sonra oxlarını bir araya gətirib şah damarlarına batıra batıra intihar etdi. "

  [ Etilâl əl-Qulub (no: 416 ); Yatılıl-Ahbar (4/134); Masâriu'l-Uşşâq (1/143); Zəmmul-həva (s.572)]


    Pis sonluqdan və haram olan eşqdən Allaha sığınırıq!

Hiç yorum yok: