2 Ocak 2017 Pazartesi

Abdulqadir Qeylanidən Qızıl Nəsihətlər!


Allahın və Rasulallah səllallahu aleyhi va səlləmin əmrlərinə tabe olun; şəxsi arzularınıza və hissiyatınıza məğlub olaraq bidət yoluna üz çevirməyin! İtaət edin; cürbə cür və yalnış yollara ayrılmayın! ...

   Allahı tövhid edin; heç bir zaman şərik qoşmayın! ... Haqqı tənzih edin; ittiham etməyin ...

   Doğruluq qarşısında şübhəyə düşməyin; təsdiq edin. Hamınız qardaş olun, aranıza ədavət salmayın.

   Düzgünlükdən nifrət etməyin, daim Haqq yolu və yolçularını axtarın, usanmayın ...

   Sonuna qədər çalışın; gözləyin, ümidsizliyə düşməyin...

    Daima doğru yolda toplanın, bir birinizi sevin, aranıza sevimsizlik girməsin ...

   Etdiyiniz pislikləri tərk edin, tövbə edin; bir dəfə etdiyiniz səhvi ikinci dəfə etməyin! ..

   Daxilinizi və xaricinizi təmiz saxlayın. Uğursuz, çıxmaz, qaranlıq bataqlıqlara düşməyin ...

   Rəbbinizə itaət ilə ruhunuzu bəzəyin. Onun qapısından ayrılmayın.

   Ondan üz çevirməyin. Tövbənizi pozmayın ...

   Gecə-gündüz Allaha yalvarmaqdan bezməyin. Çünki rəhmət qapıları ancaq bu yolda açılar. Həqiqi səadəti bu yolda tapmanız mümkündür. Bu bataqlıq aləmindən ülvi, ruhani aləmə bu yoldan getməniz mümkündür. Haqqa vuslat ancaq bu yoldadır. Rahatlıq, dinclik və salamatlıq evinə buradan girilər. Elə bir salamatlıq evi ki, hər növ minik orada, gözün görmədiyi hər cür xoşluq oradadır ...

   Bu nemətlərdən bezməz, usanmaz, bol bol yeyər, içərsiniz. O yerdə sizin yoldaşlarınız Peyğəmbərlər, sıddıqlar, şəhidlər və salehlər olar...

   Allah cümləmizə nəsib etsin ...


[Abdulqadir Qeylani, Futuhul Qeyb]

Hiç yorum yok: