Tərcümə; Darul İttiba
Müsabiqələr və yarışlar üç növdür;
Birincisi: Şəriətə uyğun bir qayəsi
olanlar... Bunların mükafatlı, ya da mükafatsıw oynanması mübahdır. Dəvə və at
yarışları, atıcılıq müsabiqələri kimi. Qüvvətli görüşə görə buna -Quran əzbəri
kimi- şəri elmlərlə bağlı müsabiqələr də daxildir.
İkincisi: Özü
mübah olan (amma üzərinə mükafat qoyulması caiz olmayan) müsabiqələr...
Namazları keçirmə, övrət bölgələrini açma kimi haramların işlənmədiyi futbol
oyunları və qaçış yarışları buna nümunədir. Bunların mükafatsız olaraq
oynanılması caizdir.
Üçüncüsü: Özü haram olan, ya da harama
götürən yarışlar... Məsələn; “Gözəllik yarışları” olaraq isimləndirilən fəsad
müsabiqələri, içində üzə vurmaq olan -ki üzə vurmaq haramdır- boks oyunları, ya
da qoç döyüşü, xoruz döyüşü... şəklində düzəldilən müsabiqələr...
Allah Azzə və
Cəllə möminlərin xüsusiyyətləri haqqında belə buyurmuşdur; “Boş işlərdən üz
çevirənlər onlardır.” {Muminun 3}
İbn Kəsir
rahiməhullah, bu ayənin təfsirində belə demişdir; “Yəni batildən üz çevirərlər.
Batil isə şirk, günahlar və faydası olmayan söz və əməllərin hamısını əhatə edər.”
“Onlar
yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb
keçərlər.” {Furqan 72}
Bu ayədə keçən
zur'a şahidlik, şirk, yalan şahidlik və
müşriklərin əyləncələri kimi batil olan hər şeyi əhatə etməkdədir. Necə ki, Təbəri
və Qurtubi təfsirlərində ümmətin sələfindən bu mövzuda bir çox rəvayətlər nəql
edilməkdədir.
Rasulullah səllallahu
aleyhi va səlləm belə buyurmuşdur; “Yarış (müsabiqə) səbəbiylə mükafat ancaq at
və dəvə yarışdırmaqla, ox və bənzər şeyləri atmaqda verilər.” [Səhih. Əbu Davud (2574); Tirmizi (1700); Nəsai (6/226); İbn
Macə (2887); Əhməd (2/276, 358, 425, 474); Şafi, əl Umm (4/229); İbn Hibban (Məvərid
1638)]
Uqbə b. Amir
radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur;
“Adəmoğlunun yayıyla atdığı ox, atına təlim keçməsi və xanımıyla oynaşması
xaricində hər əyləncəsi batildir.” [Həsən. Əbu Davud
(2513); Tirmizi (1637); Nəsai (3578); İbn Macə (2811); Əhməd (4/144, 148);
Hakim (2/104); Darimi (2449); Təbərani (17/341)]
Bunun mənasına
daxil olan silahlı təlim, qaçış yarışları və bənzərləri kimi insanın
faydalanacağı, bədənini öyrəşdirəcəyi və düşmənə qarşı mübarizədə özünü qüvvətləndirən
şeylər də belədir. İbnul qeyyim belə söyləmiş və bunu əlavə etmişdir; “Tənbəl
insanların əyləndikləri nərd, şahmat, göyərçinlərlə oynama kimi əyləncə növlərinə
gəlincə, bunlarda haqqa yardımcı olacaq bir ünsür yoxdur və bununla fərz
olanları yerinə yetirmə istəyindən söhbət gedə bilməz. Bu, tamamilə sıxıntıdan
ibarətdir.” [İbn Qeyyim, Təhzibu Sunəni Əbi Davud
(3/371); Bəğavi, Şərhus Sunnə (10/383)]
Ənəs
radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Nə
mən əyləncədənəm, nə də əyləncə məndəndir. Yəni nə batil məndəndir, nə də mən
batildənəm.” [Həsən. Buxari, Ədəbul Mufrəd (785); Bəzzar
(12/345); Təbərani, Əvsat (1/132); Beyhəqi (10/217); Beyhəqi, əl Ədəb (30); Darəkutni,
əl Əfrad (37); İbn Asakir, Tarix (38/369); Əbu Ubeyd, əl Əmsal (s. 52); İbn
Quteybə, Təvilu Muxtələfil Hədis (s. 293); İbnul Əsir, ən Nihayə (2/109);
Muaviyə radiyallahu anhdan; Təbərani (19/343); İbn Əbi Hatim, əl İləl (2295);
Cabir radiyallahu anhdan; əl İsmaili, Mucəm (№: 25); Beyhəqi (10/217); Deyləmi
(5283); Muttalib b. Abdillah b. Hantəbdən mürsəl olaraq; Darəkutni, əl İləlDarəkutni
( (12/114)]
[Əbu Muaz Seyfullahın “Səhih
İslam Fiqhi” kitabından alıntı]
Hiç yorum yok:
Yorum Gönder