1 Şubat 2017 Çarşamba

İxtilaflar Üç Qismə Bölünməkdədir!

Şeyxulİslam İbn Teymiyyanın, Allah ona rəhmət etsin, açıqlamasına əsasən ixtilaflar üç qismə bölünməkdədir:

Birincisi – ibadətin növ müxtəlifliyinə aid ixtilaf (ixtilafu tanauu`). Buraya, təsdiq olunmuş, lakin bir birindən fərqlənən söz və əməllər daxildir. Məsələn, Quranın müxtəlif oxunuşu məsələsində, sahabilər arasında düşmüş ixtilaf və peyğəmbərin , (Allahın salamı və salavatı ona olsun), onları ixtilaf etdikləri üçün danlamaması və onlara: “Hər iki oxunuş düzgündür” (əl-Buxari, 3/146) deməsi. Həmçinin buraya azan, istiftah duası, namazda oturuş qaydası və Allahın zikr olunması, qorxu namazı və buna bənzər ibadətlərin müxtəlif formada edilməsinə aid ixtilaflar daxildir. Bu ibadət növlərinin müəyyən səbəblərə görə biri o birisindən daha üstün tutulduquna baxmayaraq, onların hamısı qanuniləşdirilmişdir.

İkincisi – ziddiyat ixtilafı (ixtilafu tadad). Buraya, sünnə və bidət, halal və haram kimi bir birinə tam zidd olan məsələlər daxildir.

Üçüncüsü – fəhmi ixtilaf (ixtilafu əfhəm). Buna misal, peyğəmbərin (Allahın salamı və salavatı ona olsun) “Sizlərdən heç biriniz, Banu Qurayza məkanına çatmamış əsr namazını qılmasın” deyərək əmr verməsi və bu əmrin başa düşülməsində sahabilərin ixtilaf etdiyini bilərək, onları bu əmələ görə danlamamasıdır. əl-İqtida, 3548. Birinci üçüncü ixtilaf növləri caizdir, ikinci növ isə haramdır.

Əslən, dini məsələlərdə ixtilaf etmək pislənilir. “Ümmətimdə olan ixtilaf – mərhəmətdir” hədisinə gəldikdə isə, imam əs-Subkinin, Allah ona rəhmət etsin, qeyd etdiyi kimi bu hədis əsli olmayan uydurma bir hədisdir. Həmçinin bax “Silsilə ad-daifa vəl-maudu”, 58, 61.

Allah, ixtilaf etməyənlərin Öz mərhəməti altında olduqlarını bildirdikdən sonra, ixtilaflar necə mərhəmətdən ola bilər?!

Uca Allah buyurur: “Onlar hələ də ixtilafdadırlar. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün yaratmışdır”. (Hud, 118-119). 

Ömər ibn Abdul-Əziz demişdir: “Allahın mərhəməti altında olanlar ixtilaf etməmək üçün yaranmışlar”. Bax “Ahkamul-Quran”, 3/1072.

İbn Məsud demişdir: “İxtilaf – şərdir”. Abu Davud, 1960. Şeyx əl-Albani hədisin səhihliyini təsdiqləmişdir.
Uca Allah həmçinin buyurur: “Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (Ən-Nisa, 4:59) 

İmam əl-Muzani demişdir: “Allah ixtlafa düşməyi məzəmmət etmiş və ixtilaf olduqda Quran və Sünnəyə üz tutmaqı əmr etmişdir. Əgər ixtilaf dindən olsaydı, Allah onu məzəmmət etməzdi. Həmçinin mübahisələr də Onun hikmətindən olsaydı, o halda O Quran və Sünnəyə qayıtmağı əmr etməzdi”. Bax “Camiul-bəyanil-ilm”, 2/910).

Uca Allah həmçinin buyurmuşdur: “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar”. (Ən-Nisa, 82).

İmam İbn Həzm demişdir: “Burada Uca Allah ixtilafların Ondan olmadıqını bildirmişdir. Küfr və digər günahlar kimi, ixtilaflar da Uca Allahın iradəsi ilə bu həyatda mövcuddur”. Bax “əl-İhkam”, 5/44.

Hiç yorum yok: