Sad b. Əbi Vəqqas
radiyallahu anh ölüm döşəyində ikən oğluna:
- “Ey oğul! Sənə məndən
daha yaxşı nəsihət verəni tapa bilməzsən!
1) Namaz qılmaq istədikdə
gözəlcə dəstəmaz al və o son namazınmış kimi, başqa namaz qılmayacaqsanmış kimi
namaz qıl!
2) Tamahkârlıqdan çəkin!
Çünki o əsl kasıblıqdır!
3) Qənaətkar olmağa
çalış! Çünki o zənginlikdir!
4) İşində və sözlərində
diqqətli ol!
5) Sonradan üzr istəmək
məcburiyyətində qalacağın hər şeydən çəkin!
6) Xeyirli olduğuna
inandığın işi et!”
[Təbərani, Mucəmul-Kəbir (1/142)]
Amir b. Sad b. Əbi
Vəqqas radiyallahu anhdan rəvayətə görə onun atası vəfatı ilə nəticələnən xəstəliyi
zamanı belə demişdir:
- “Mənə Rəsulullah
sallallahu aleyhi va səlləmə düzəldildiyi kimi bir qəbir edin və mənim üzərimə
kərpic daşlarını şaquli olaraq qoyun."
[Müslim, Beyhəqi (407)]
Hiç yorum yok:
Yorum Gönder