Aişə radiyallahu anhadan;
Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Beş həşərat vardır ki,
bunların hamışı fəvasiq (fasadçı)dir. Bunlar Hərəm bölgəsində də, Hərəm
xaricində də öldürülərlər; Əqrəb, çalağan, qarğa, siçan və insanlara hücum edən
it.” Müslimin bir rəvayətində; “...və ilan” da zikr edilməkdədir.” [Səhih. Əhməd (6/97, 98); Buxari (1829);
Muslim (1198, 1200); İbn Macə (3078); Tirmizi (837)]
Sad b. Əbi Vaqqas radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm vəzaq (zəhərli
kərtənkələ) öldürməyi əmr etdi və onu fasiq deyə adlandırdı.” [Səhih. Əhməd (1/176); Muslim (2238);
Buxari (3307)]
Ummu Şureyk radiyallahu anhdan; “Nəbi
səllallahu aleyhi va səlləm zəhərli kərtənkələnin öldürülməsini əmr etdi və
buyurdu ki; “O İbrahim aleyhissələm üçün yandırılan atəşi körükləyirdi.” [Səhih. Əhməd (6/462); Buxari (3307);
Muslim (2237)]
Əbu
Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə
buyurdu; “Kim ilk zərbədə zəhərli kələri öldürərsə, ona yüz həsənə vardır. İkinci
zərbədə öldürərsə, birincisindən az bu qədər, bu qədər savab alar. Üçüncü zərbədə
öldürərsə, ikincisindən aşağı olaraq bu qədər, bu qədər savab alar.” [Səhih. Əhməd (2/355); Muslim (2240); İbn
Macə (3229); Tirmizi (1482)]
İbn
Ömər radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm belə
buyurdu; “İlanları öldürün. İki cizgili və quyruğu qısa olanları da öldürün.
Çünki onlar gözü kor edər, hamiləyə düşük etdirərlər. Kim onları öldürməzsə
bizdən deyildir.” [Səhih. İbn Hibban (12/456); Təbərani (12/296, 310)]
Əbu
Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə
buyurdu; “Onlarla (ilanlarla) savaşa başladığımızdan bəri barışmadıq. Kim
onlardan birini öldürməyi qorxusundan tərk edərsə, bizdən deyildir.” [Səhih. Əhməd (2/520); Əbu Davud (5248); Təhavi,
Şərhu Muşkilil Əsər (1338); Həllal, əs Sunnə (1327); Humeydi (1156)]
İbn Məsud radiyallahu anhdan; o da Rasulullah səllallahu aleyhi va səlləmdən rəvayət
edir; “Rasulullah səllallahu aleyhi va səlləm ilanların öldürülməsini əmr etdi
və; “Kim onların intiqamından qorxarsa, bizdən deyildir.” buyurdu.” [Səhih. Nəsai (3193); Əbu Davud (5249); Təbərani
(9/351); Xatib, Tarix (12/242); Dinəvəri, Mucaləsə (1762); Əbu Bəkr əş Şafi,
Qaylaniyyat (318); İbn Cəməə Məşyəhə (162); Əbul Qasım əl Hannai, əl Hannaiyyat
(176)]
Aişə radiyallahu
anhadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Cinlər xaricində
bütün ilanları öldürün. Quyruğu qısa və belində xətt olan ilanları öldürün.
Çünki onlar analarının qarınlarındakı uşaqları öldürür, gözləri kor edərlər.
Kim onları öldürməzsə, məndən deyildir.” [Səhih.
İshaq b. Rahuyə, Musnəd (2/570, 3/1025, №: 1143, 1774); Əhməd (6/49, 157); Haris b. Əbi
usamə, Musnəd (418)]
Hiç yorum yok:
Yorum Gönder