Nəzir; İnsanın özünə bir şey
bağışlamağı vacib etməsidir. Raqıb əl İsfahani rahiməhullah belə demişdir; “Nəzr;
Vacib olmayan bir şeyi, bir işin meydana gəlməsinə bağlayaraq özünə vacib etməndir.” [əl Mufrədat fi Qaribil Quran (s. 489)]
Nəzir etmək məkruh olmaqla yanaşı məşrudur.
Məşru olmasının dəlili Allahu Təalanın bu ayəsidir; “Ye, iç, gözün aydın olsun!
Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir
etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam” {Məryəm
26}
“Xərclədiyiniz
hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir.
Zalımların isə köməkçiləri olmaz.” {Bəqərə 270}
“ Onlar vəd
etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar. ” {İnsan 7}
Məkruh olmasının dəlili İbn Ömər radiyallahu
anhuma hədisidir; “Rasulullah səllallahu aleyhi va səlləm nəziri qadağan etdi və
belə buyurdu; “O bir şeyi geri çevirməz, lakin xəsisdən mal çıxmış olar.”” [Səhih. Buxari (6693); Muslim (1639); Əbu Davud (3287); Nəsai
(3803); İbn Macə (2122)]
Əbu Hureyrə
radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu;
“Nəzir, Adəmoğluna, Allahın ona təqdir etmədiyi heç bir şeyi gətirməz. Ancaq nəzir,
onu özünə təqdir olunan şeylə qarşılaşdırar və Uca Allah, nəzir sayəsində xəsisdən
öz arzusu ilə çıxarmaq istəmədiyi malı çıxarar.” [Səhih.
Buxari (6694); Muslim (1639); Əbu Davud (3288); Nəsai (3804); İbn Macə (2123)]
Bunun mənası budur; Nəzir qədərdə olan bir
şeyi geri çevirməz. Lakin insan bir nəzirə niyyət edər, hadisələr də umduğu
kimi baş verər və bunun nəziri səbəbiylə belə olduğunu zənn edər. Allaha
sığınırıq, nəzirin qədərin döndürülməsinə səbəb olduğunu zənn edər.
Hiç yorum yok:
Yorum Gönder