Təvriyə/tariz
deyilən sözün zahirindən başqa bir məna qəsd etməkdir. Məsələn, bir kimsə
“Vallahi o mənim qardaşımdır” deyər və bu sözüylə onun nəsəb olaraq deyil,
İslam qardaşı olduğunu qəsd edər. Danışarkən təvriyə etmək mübahdır. Eyni şəkildə
andlarda da əgər yalana götürməyəcəksə və ya bir kimsənin haqqını zay etməyə səbəb
olmayacaqsa mübahdır.
Ənəs b. Malik
radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm bir səfərdəydi.
Onun qafiləni gözəl səsiylə sövq edən bir sürücüsü vardı. Rasulullah səllallahu
aleyhi va səlləm belə buyurdu; “Ey Əncəşə! Yavaş ol! Şüşə qabları sındırma!” [Səhih. Buxari (6209); Muslim (2323)] Rasulullah səllallahu
aleyhi va səlləm şüşə qab ilə qadınların zəifliyini qəsd edirdi.
Buxari və
Muslimin rəvayət etdikləri hədisdə Umm Suleym radiyallahu anha ilə əri Əbu
Talha radiyallahu anhın oğulları öldüyü zaman Əbu Talha; “Uşaq necədi?” deyə
soruşmuş, Umm Suleym; “Çox sakitdir. Ümid edirəm indi daha rahat oldu.”
demişdi. Bu sözüylə onun öldüyünü gizlətmişdi. Buxari, Səhihində bu şəkildə bab
başlığı açmışdır; “Yalandan sayılmayan tarizlər babı” [Səhihul
Buxari (6209)]
Hiç yorum yok:
Yorum Gönder