6 Şubat 2017 Pazartesi

Mühəddislərin Hədis Mövzusundakı Davranışı!

  Hafiz İraqi rahiməhullah “Muhstələhul Hədis”ə dair yazdığı kitabında “Ədəbul Talibil Hədis” başlığında belə deməkdədir;

  “Biz Əbu Hatim ər Razidən belə dediyini nəql edirik; “Əgər bir hədisi 60 yoldan yazmazsaq onu müəyyən edə bilmərik””

   İmam, Hafiz, Muhəddislərin şeyxi Yəhya b. Main rahiməhullah dedi ki; “Biz hədisi əlli dəfə (əlli yoldan) yazmadıqca onu hədis deyə qəbul etmərik.” [Zəhəbi, Təzkirətul Huffaz (c. 2, s. 430)]

   İbn Uleyyə və İshaq b. İbrahim bunu nəql etmişdirlər; “Harun ər Rəşid bir zındıq yaxalayıb, onun boynunun vurulmasını əmr etdi. Zındıq kişi ona; “Niyə boynumu vurduracaqsan?” dedi. Harun; “Qulların səndən yana rahatlığa çıxması üçün.” dedi.

   Zındıq; “Ey Möminlərin əmrir, bəs mənim aranızda uydurduğum dörd min hədisi nə edəcəksən? Bu uydurduqlarımla haram olanı halal, halal olanı haram etdim. Nəbi səllallahu aleyhi va səlləm isə bunlardan bir hərf də söyləməmişdir.”

   Bu səfər Harun ona; “Ey Allahın düşmanı, bəs sən Əbu İshaq əl Fəzari ilə Abdullah bin Mubərak varkən bu uydurduqlarını tək-tək ələkdən keçirib, hərf-hərf ortaya çıxaracaqlarına nə deyirsən? ” dedi.”  [Zəhəbi, Təzkiratul Huffaz (c. 1, s. 273); İbn Həcər, Təhzibut Təhzib; Əli əl Qari, əl Mövduat (s. 14)]

Hiç yorum yok: