8 Şubat 2017 Çarşamba

Dağlama Etdirmək Təvəkküldən Uzaqdır!

Muğira b. Şubə radiyallahu anhdan; Nəbi səllallahu aleyhi va səlləm buyurdu ki; “Dağlama və ya ruqyə etdirən təvəkküldən uzaqlaşmışdır.” [Səhih. Əhməd (4/249, 253); Tirmizi (2055); İbn Macə (3489); İbn Hibban (13/453); İbn Əbi Şeybə (5/54); Abd b. Humeyd (293); Təbərani (20/381); Beyhəqi, Şuab (2/60); Xatib, Tarix (7/194); İbn Məndə, əl Fəvaid (41); Albani, Səhiha (244)]

   Muğira b. Şubə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Dağlama və ya ruqyə etdirən bizdən deyildir.” [Səhih. Buxari, Tarix (7/95)]

   İmran b. Husayn radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm; “Ümmətimdən yetmiş min nəfər (Məhşərdə) hesaba çəkilmədən Cənnətə girəcəkdir!” buyurdu. Ona; “Ey Allahın Rasulu! Bunlar kimlərdir?” deyə sual verildi. “Onlar özlərini dağlamayanlar, ruqyə tələb etməyənlər, təşaumə (uğursuzluğa) inanmayanlar və Rəblərinə təvəkkül edənlərdir!” buyurdu. Uqqaşə radiyallahu anh qalxıb; “Ey Allahın Rasulu! Dua et, Allah məni onlardan etsin” dedi. Rasulullah səllallahu aleyhi va səlləm; “Sən onlardansan!” müjdəsini verdi. Bir başqası da qalxıb; “Ey Allahın Rasulu! Məni də onlardan etməsi üçün Allaha dua et!” dedi. Rasulullah səllallahu aleyhi va səlləm; “O xüsusda Uqqaşə səndən əvvəl davrandı!” cavabını verdi.” [Səhih. Muslim (218)]


   İstirqa; Birindən özü üçün şəfa tələb etmək və ya başqa bir səbəblə ruqyə edərək oxumasını istəməkdir.

Hiç yorum yok: