7 Ağustos 2017 Pazartesi

İNSANA ÜZ VERMİŞ MÜSİBƏTLƏRDƏN ORTAYA ÇIXAN SAVABLAR!

1. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:

Müsəlmana üz verən hər bir yorğunluq, xəstəlik, kədər, üzüntü, əziyyət, hətta ona batan tikanla belə Allah təalə onun günahlarını təmizləyir.
Buxari və Muslim rəvayət etmişdir.
Ənəs radıyallahu anhudan gələn rəvayətdə Allah Rasulu salləllahu aleyhi və səlləm buyurur:
2. Həqiqətən, mükafatın böyüklüyü bəlanın böyüklüyü ilədir. Allah təalə bir qövmü sevdikdə onları imtahana çəkər. Razı qalana Allahın razılığı, qəzəb edənə Allahın qəzəbi var.
("Silsilətul-Əhədisis-Sahihə", 1/276 ) Hədis həsəndir.
3. Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:
Bir kişinin Allah qatında bir mənziləsi (dərəcəsi) olar. Yəni, Allah təalə bir kişiyə uca bir mənzilə yazar. O qul öz əməli ilə ona çata bilməz və Allah təalə onu xoşlamadığı şeylərlə imtahana çəkər ki, onu həmin mənziləyə (dərəcəyə) çatdırsın.
("Silsilətul-Əhədisis-Sahihə", 1599.) Hədis həsəndir.
4. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:
Mömin kişi və qadının özündən, malından, uşağından bəla əl çəkməz, hətta üzərlərində heç bir günah qalmadan Allahla görüşənədək. (Yəni ölənədək günahlardan təmizlənmələri üçün bəla onları müşahidə edər.)

("Sahihul-Cəmi", 58188.) Hədis səhihdir.

Hiç yorum yok: