20 Aralık 2018 Perşembe

Azdırıcı Fitnələrdən Allaha Sığınıram!

İbn Məsud radıyallahu anhu belə buyurur:

Qoy sizdən biriniz fitnələrdən Allaha sığınıram deməsin. Lakin desinki azdırıcı fitnələrdən Allaha sığınıram. Sonra bu ayəni oxudu. Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir (fitnədir) sınaqdır. (Təğabun 15)

İbn Racəb rahiməhullah bu əsərin şərhində belə buyurur:

İbn Məsud radıyallahu bu sözüylə işarə edirki, mal və övlad fitnə olduğu halda onlardan Allaha sığınılmır.

("Cəmiul-Muntəxab" 104)

28 Kasım 2017 Salı

Sələfilik Üç Əsas, Üzərində Durmaqdadır!

Muhəddis şeyx Muhəmməd Bəzmul deyir:

"Sələfilik üç əsas, üsul üzərində durmaqdadır:

Birinci əsas: ibadəti ixlasla Allah üçün etmək,

İkinci əsas: camaata və hakimi eşidib, itaət etməyə sarılmaq,

Üçüncü əsas: bidətdən və bidətçilərdən həzər etmək, çəkinmək.

"Sələfi mənhəcinin tərifi, xüsusiyyətləri və islah edici dəvəti" kitabı səh.7,8

21 Kasım 2017 Salı

Zahid Olmağın Əlaməti!

Fudeyl bin İyad (Allah ona rəhmət etsin) demişdir:

“Dünyaya və insanlara qarşı zahid olmağın əlaməti budur ki, insanların sənə tərifləməsini  sevməyəsən və məzəmmətinə əhəmiyyət verməyəsən. Tanınmamağın və tərif edilməməyin səni narahat etməsin. Allah qatında tərifəlayiqsənsə, insanların gözündə məzəmmət olunmağına görə məyus olma.”

(Hilyətul Ovliyə: 8/9).

4 Kasım 2017 Cumartesi

Gözəl Əxlaqın Əlamətləri!

(Alimlərdən) bəziləri gözəl əxlaqın əlamətlərini cəm edərək demişlər:

«Gözəl əxlaq çox həyalı, az əziyyət verən, çox islah edən, doğru sözlü, az danışan, çox əməl edən, az xəta edən, dünyaya az yönələn, qohumluq əlaqəsini qoruyan, təmkinli, səbirli, şükür edən, razı qalan, həlim, mülaim, iffətli, şəfqətli, lənət etməyən, söyüş söyməyən, aravuranlıq və qeybət etməyən, tələsməyən, kin-küdurət bəsləməyən, paxıllıq və həsədkarlıq etməyən, təbəssüm edən, gülərüz, Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün razı qalan, Allah üçün qəzəblənən olmaqdır.»

(İhyə'u Ulumid-Din, Ğazali, 17)

31 Ekim 2017 Salı

Üzülmə!


İbnul Qayyim (Allah ona rəhmət etsin) buyurmuşdur:

- Əgər Allah qulu üçün örtüyü qaldıraraq, quluna onun işlərini necə idarə etdiyini və Allahın onun özündən də çox onun mənfəətinə necə maraq göstərdiyini bildirsəydi, həmin qulun qəlbi Allaha qarşı sevgidən əriyər və Allaha şükr etməsindən dolayı parça-parça olardı...

Buna görə də, əgər dünyanın ağrı və acıları səni yorubsa, üzülmə! Ola bilsin ki, Allah dua vasitəsi ilə sənin səsini eşitmək istəmişdir... Sadəcə öz istək və arzularını səcdədə ərz et və (elə oradaca) onları unut... Və bil ki, (sən unutsan da), Allah unutmur..!

[İbnul Qayyim "Bədəiul Fəvaid" kitabı]

1 Eylül 2017 Cuma

Sünnəyə İttiba Edib Səbr Etmək!



Şeyx ibn Bəz rahiməhullah belə deyir:
Qul Allahın kitabını və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini təzim (uca tutmaq) edib ona sözlə və əməllə tabe olmadıqca dünyada və axirətdə hidayətə nail ola bilməz. Bundan sonra doğru istiqamətdə getməli və ölüm gələnə qədər bu yolda səbr etməlidir.

("Məcmua Fətava" 2/139)

31 Ağustos 2017 Perşembe

Quran Və Sünnəni Təzim Et ki, Allah da Səni Uca Tutsun!

Şeyx ibn Bəz rahiməhullah belə deyir:
Qul Allahın kitabını və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini təzim (uca tutmaq) edib ona sözlə və əməllə tabe olmadıqca dünyada və axirətdə hidayətə nail ola bilməz. Bundan sonra doğru istiqamətdə getməli və ölüm gələnə qədər bu yolda səbr etməlidir.

("Məcmua Fətava" 2/139)

23 Ağustos 2017 Çarşamba

Kibirli İnsanların Axirətdəki Halları!

İmam Əhməd b. Hənbəl deyir ki; bizə Yəhya... Amr b. Şuaybdan, o da atasından, o da babasından , o da Rasulullah səllallahu aleyhi va səlləmdən nəql etdi ki; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu;

   Təkəbbürlülər qiyamət günü insan şəklində tozlar kimi həşr olunarlar. Kiçiklərdən olan hər şey onlara üstün gələr. Nəhayət cəhənnəmdə bir zindana girərlər ki , Ona Buləs deyilir. Cəhənnəm əhlinin axıntılarından ibarət olan palçıqdan onlara içirilər və irinli atəş onların üzərinə çıxar.

İbn Kəsir, Təfsir (Bəqərə 90'ın Təfsiri)

7 Ağustos 2017 Pazartesi

İNSANA ÜZ VERMİŞ MÜSİBƏTLƏRDƏN ORTAYA ÇIXAN SAVABLAR!

1. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:

Müsəlmana üz verən hər bir yorğunluq, xəstəlik, kədər, üzüntü, əziyyət, hətta ona batan tikanla belə Allah təalə onun günahlarını təmizləyir.
Buxari və Muslim rəvayət etmişdir.
Ənəs radıyallahu anhudan gələn rəvayətdə Allah Rasulu salləllahu aleyhi və səlləm buyurur:
2. Həqiqətən, mükafatın böyüklüyü bəlanın böyüklüyü ilədir. Allah təalə bir qövmü sevdikdə onları imtahana çəkər. Razı qalana Allahın razılığı, qəzəb edənə Allahın qəzəbi var.
("Silsilətul-Əhədisis-Sahihə", 1/276 ) Hədis həsəndir.
3. Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:
Bir kişinin Allah qatında bir mənziləsi (dərəcəsi) olar. Yəni, Allah təalə bir kişiyə uca bir mənzilə yazar. O qul öz əməli ilə ona çata bilməz və Allah təalə onu xoşlamadığı şeylərlə imtahana çəkər ki, onu həmin mənziləyə (dərəcəyə) çatdırsın.
("Silsilətul-Əhədisis-Sahihə", 1599.) Hədis həsəndir.
4. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:
Mömin kişi və qadının özündən, malından, uşağından bəla əl çəkməz, hətta üzərlərində heç bir günah qalmadan Allahla görüşənədək. (Yəni ölənədək günahlardan təmizlənmələri üçün bəla onları müşahidə edər.)

("Sahihul-Cəmi", 58188.) Hədis səhihdir.